Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmadı, araşdırma başladı

Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmadı, araşdırma başladı

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Oxu.az-ın valideynlərdən əldə etdiyi məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib.

Pulun hansı məqsədlə yığıldığı bilinmir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, - deyə idarədən qeyd edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az