
İsveç Kral Akademiyası 2021-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adını açıqlayıb.
Mediainfo.az xəbər verir ki, mükafat Zənzibardan olan tanzaniyalı yazıçı Abdulrazak Qurnaya verilib.
Akademiyanın formuləsində deyilir ki, A.Qurnaya mükafat müstəmləkəçiliyin fəsadları və mədəniyyətlər və qitələr arasında gedərkən onun qaçqınların taleyinə təsirinə və barışmaz və şəfqətli anlayışına görə verilib.
Bu il favoritlər arasında fransız yazıçılar Anni Erno və Mariz Konde də vardı.
Bundan əlavə mükafata iddia edənlər arasında Antiqua və Barbuda əsilli qadın yazıçı Djamayka Kinkade, keniyalı yazıçı və dramaturq Nquqi Va Txionqo, hind əsilli britaniyalı yazıçı Salman Rüşdi, Norveçdən olan dramaturq Yun Fosse, yazıçılar Karl Uve Knausqor və Daq Sulstad, Kanadadan şairə Enn Karson və yazıçı Marqaret Etvud fərqlənirdi.
Yaponiyalı prozaik Haruki Murakami isə bir neçə ildir ki, mümkün qaliblər sırasında yer alır.