“Türkiyə bizə yaxşılıq etmişdi, indi Tehran ədəbli olmalıdır” - İranlı mütəxəssis

“Türkiyə bizə yaxşılıq etmişdi, indi Tehran ədəbli olmalıdır” - İranlı mütəxəssis

“İran Qərbin ağırlaşdırılmış sanksiyaları ilə üzləşəndə ona Türkiyə yardım etmişdi”.

Mediainfo.az xəbər verir ki, bunu İranın dövlət televiziyasının ərəb dilli “Alalam” kanalının keçmiş direktoru və beynəlxalq əlaqələr mütəxəssisi Həsən Beheştipur deyib.

Ekspert İran hakimiyyətinin Türkiyənin bu dəstəyini unudaraq, ona qarşı kampaniya apardığını söyləyib:

“Hesab edirəm ki, Türkiyə ilə “polemikadan qaçmaq” tezisi ictimaiyyətin zehniyyətinə yeridilməməlidir. Türkiyə İran ağır sanksiyalar altında ikən iqtisadi əlaqələrin davam etməsinə kömək və bunu təmin etmişdi”.

İran hakimiyyətini sağlam düşüncəyə çağıran Beheştipur bildirib:

“Şüarlardan və xalqı təhrikedici təxribatlardan uzaq tutmalıyıq. Türkiyə kimi önəmli qonşuya qarşı ağıllı yanaşma ortaya qoymalıyıq. Bəzi siyasətlər qəbul edilməsə də və qarşılıqlı şikayətlər olsa da, qonşuluq ədəbi nəzərə alınmalıdır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az