Vahid Əhmədov: Həm 28 may, həm də 18 oktyabr tarixini qeyri-iş günü elan etmək lazımdır

Vahid Əhmədov:  Həm 28 may, həm də 18 oktyabr tarixini qeyri-iş günü elan etmək lazımdır

“Faktiki olaraq 28 may 1918-ci ildən Respublikanın yaradılması günü kimi qeyd olunur, bu tarixdən Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərib, hökumət təşkil olunub, bir sıra diplomatik əlaqələr qurub və s. Bu mənada 28 may tarixinin ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunmasına mən müsbət yanaşıram”.

Mediainfo.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov oktyabrın 11-də Milli Məclisin müzakirəsinə çıxarılacaq “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirib.

Deputat eyni zamanda deyib ki, 28 mayda yaradılan Respublikanın varisi müasir Azərbaycan dövlətidir:

“1918-ci ildə yaradılan Respublikanın bütün atributlarını biz qəbul etmişik: Bayrağı, gerbi, himni və s. Ona görə də 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi də müsbət hadisə olacaq. Odur ki, mən bu qanun layihəsini müdafiə edirəm. Hesab edirəm ki, bu dəyişikliklərlə biz öz tariximizi şərəfləndirmiş oluruq”.

Vahid Əhmədov qeyd edib ki, qanun layihəsinə iki təklif edəcək: “Mənim fikrimcə, həm 28 may, həm də 18 oktyabr tarixini qeyri-iş günü elan etmək lazımdır. Çünki hər iki tarixi günün müstəqillik günü kimi qeyd edilməsinə ehtiyac var.

Digər tərəfdən, 18 oktyabr müstəqillik gününün bərpasına səs verən 43 deputat var. Mərhum Heydər Əliyev də bu siyahıda təmsil olunurdu. Bu deputatların bəziləri rəhmətə gedib. Mənə elə gəlir ki, 18 oktyabr ərəfəsində onların da əməyinə qiymət vermək lazımdır. Yəni onların təqaüdü və digər məsələlərinə baxmaq olar”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az