Möhsün Nağısoylunu o əvəz edəcək

Möhsün Nağısoylunu o əvəz edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna direktor əvəzi təyin olunub.

Mediainfo.az xəbər verir ki, bu vəzifənin icrası institutun direktor müavini Baba Məhərrəmliyə tapşırılıb.

B.Məhərrəmli məlumatı təsdiqləyib.

Qeyd edək ki, B.Məhərrəmli akademiyada elmi fəaliyyətə 1996-cı ildən başlayıb. Müxtəlif illərdə institutun Türk dilləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş еlmi işçi vəzifələrində çalışıb. 2015-ci ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

O, 2008-ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını alıb. Prezident yanında Elmin İnkişaf Fondunun eksperti və Dil Komissiyasının üzvüdür. B.Məhərrəmli 2017-ci ildə “İlin gənc alimi” ali media mükafatına layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu olub. O, oktyabrın əvvəlində vəzifəsindən azad edilib və AMEA prezidentinin müşaviri təyin olunub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az