Serj Sərkisyana şok ittiham: Həbsxana yolu göründü

Serj Sərkisyana şok ittiham: Həbsxana yolu göründü

Ermənistanın Baş Prokurorluğuna bu ölkənin sabiq prezidenti Serj Sərkisyanın Baden-Baden şəhərinə (Almaniya) səfəri ilə bağlı məlumat daxil olub.

Mediainfo.az xəbər verir ki, məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılması üçün göndərilib.

Məlumatın, eyni zamanda Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə araşdırılması üçün Xüsusi İstintaq Xidmətinə də təqdim olunduğu bildirilib.

Serj Sərkisyana Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin açılacağı gözlənilir.

Ermənistan parlamentinin avqustun 25-də keçirilən iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Xaçatur Sukiasyan Serj Sərkisyanın prezident olarkən Baden şəhərindəki kazinoda 100 milyon dollardan çox pul uduzduğunu deyib.

“Hamınız bilirsiniz ki, üçüncü prezident Baden-Badendə 100 milyon dollardan çox pul uduzub”, - Sukiasyan bildirib.

Serj Sərkisyan iyunda keçirilən erkən parlament seçkilərinə qədər bu ittihamı inkar etsə də sonradan razılaşıb. Onun sözlərinə görə, bura zəngin mədəniyyətə malik kurort şəhəridir, orada olarkən kazinoların işlədiyi küçələri də gəzib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az