Atasından Kəramət Böyükçölə: “Sən kimlə dəyişik düşdün, oğlum?”

Atasından Kəramət Böyükçölə: “Sən kimlə dəyişik düşdün, oğlum?”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə Maştağa Narkoloji Dispanserinə yerləşdirilən oğlu, yazıçı Kəramət Böyükçölə şeir həsr edib.

Kəramət Böyükçöl oktyabrın 7-də xəstəxanaya yerləşdirilib. Kəramətin dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə aldığını bildirən Qəşəm Nəcəfzadə oğlununun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.

Mediainfo.az Qəşəm Nəcəfzadənin “Yuxulardan oyanmaq” adlı həmin şeirini təqdim edir.

“Yuxulardan oyanmaq...”

(Kəramət Böyükçölə)

Anana demişəm,

Pişik çırmaqlayan dizindən danışmasın.

Əmiziyini xatırlatmasın,

Qolundakı xalını yadıma salmasın...

Doğum evində demişdim ki,

Körpəmiz dəyişik düşər.

Demişdi, qolunda qara xalı var, qorxma...

Bəs böyüyəndə,

Sən kimlə dəyişik düşdün, oğlum?

İndi deyirəm o xalı

Yaddaşımdan pozsun.

Bütün xatirələrini

Birdəfəlik büküb

Palazın alta qoysun.

Mənə

Bir dənə xatirəni göstərməsin.

İşə bax,

Göbəyin quruyub düşəndə

İlk kitabımın arasına qoymuşammış...

Bu axşam anan göstərdi mənə.

Süd dişini hələ də saxlayırammış,

Yapışıb kitabın son vərəqinə.

Evdə atıla-atıla yeriyərim ki,

Ayaq izlərini əzməyim.

Şirin yuxulardan oyanıram ki,

ləzzətlə səni gözləyim.

Evimiz elə böyükdü ki,

Anan məni axtarır evdə.

Oyunçağı olmayan uşaqlara bənzəyirik,

Yuxuya gedirik, hərəmiz bir küncdə.

Gəlib indi görsən, ağlarsan

Səpmişik evə sənin uşaqlıq şəkillərini,

Şəkillərlə oynaya – oynaya

Yuxu bizi aparıb...

Göbəyin və süd dişin ananın əllərində

Balaca süd şüşəsi yırğalanır sinəmdə...

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az