Ermənipərəst ukraynalı deputat taksidə öldü

Ermənipərəst ukraynalı deputat taksidə öldü

Ukrayna parlamentinin (Ali Rada) 34 yaşlı deputatı Anton Polyakov vəfat edib.

Mediainfo.az xəbər verir ki, Polyakov oktyabrın 8-də gecə saatlarında Kiyevdə yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılan taksidə huşunu itirmiş vəziyyətdə tapılıb.

Məlumata görə, siyasətçi avtomobildə özünü pis hiss edib, bundan sonra qıcolmalar başlayıb. Təcili yardımın olay yerinə gəlməsinə baxmayaraq, deputatın həyatını xilas etmək mümkün olmayıb.

Polyakovun ölümü faktı ilə bağlı cinayət işi açılıb.

İstintaqın ilkin nəticəsinə görə, Polyakovun ölüm səbəbi kəskin koronar çatışmazlıq və iskemik ürək xəstəliyidir. Bu barədə Baş Prokurorluğun məlumatında da bildirilib. Amma Polyakovun boynunda zolaq şəklində sıyrıqların olduğu da üzə çıxıb. Eyni zamanda, mətbuatda yayılan məlumatlara görə, istintaq Polyakovun ölümünün iki versiyasını da nəzərdən keçirir: ya özü bir şeydən zəhərlənib, ya da qəsdən zəhərləndirilib.

Hadisənin şahidi olan taksi sürücüsü Strana.ua saytına Polyakovu yolun yaxınlığında götürdüyünü söyləyib. Sürücüyə görə, Polyakov sərxoş olub.

Anton Polyakov Ukrayna hökuməti tərəfindən qondarma erməni soyqırımını tanıma layihəsinin müəllifi idi.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az