İran Ermənistana yardımlara etiraz edən ərdəbilli gəncləri şallaqladı

İran Ermənistana yardımlara etiraz edən ərdəbilli gəncləri şallaqladı

Ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində məhkəmə qərar çıxarıb.

Mediainfo.az xəbər verir ki, bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumatlara görə, barələrində məhkəmə qərarı çıxarılan şəxslər Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səccad Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyrcudur.

Fəalların hər biri “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Qeyd edək ki, həmin fəallar 2020-ci ilin sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.

Sonrakı günlərdə də oxşar məqsədlə Cənubi Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da saxlanılmış və girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az