“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır”

“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır”

Dünya Səhiyyə Təşkilatı (DST) pandemiyanın tezlikə bitəcəyi ilə bağlı məlumat verib. Qurumun qənaətinə görə, dünya artıq COVID-19-la mübarizənin 60 faizini tamamlayıb. Odur ki, tezliklə pandemiya bitəcək və insanlar normal həyata qayıdacaqlar. Lakin DST virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirmək çağırışı edib.

Mediainfo.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla Yenisabah.az-a açıqlamasında deyib ki, dalğanın enməsi, vəziyyətin stabilləşməsi və xeyli insanın vaksinasiya olunması buna işarədir:

“Əvvəllər insanlar vaksinasiyaya daha çox tərəddüd edirdilər. Bu istiqamətdə daha çox probemlər var idi. İndi isə könüllü vaksinasiyaya gedənlər çoxalıb. Bu prosesin gedişində sanki bir dönüş əmələ gəlib”.

Həkimin sözlərinə görə, atıq həm xəstələrdə, həm də vaksinasiya olunanlarda immunitet yaranıb: “Bunlar əhalini kollektiv immunitetə yaxınlaşdırır və pandemiyanın sona çatmasına daha çox imkan verir. Çünki SARS-COV-2 mutasiya uğramaq qabiliyyətinə malikdir. Vaksin olunan və ya xəstəlik keçirməklə immuniteti yaranmış insanda bu qırılmış olur. Yəni o insan ya yoluxmur, ya da kimisə yoluxdurmur. Kollektiv immunitetin bu baxımdan önəmi var.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumat əslində, Xəstəliklərə Nəzarət Profilaktika Mərkəzlərinin verdiyi proqnozlara uyğundur”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az