
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
Səhiyyə Nazirliyi 3-cü doza ilə bağlı çağırış edib.
Mediainfo.az xəbər verir ki, nazirlik “Delta” ştamı təhlükəsi və mövsümi qripi nəzərə alaraq vətəndaşları 3-cü doza vaksin vurdurmağa çağırıb:
“Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırırıq”.
Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.