“1991-ci ildə deputat olmuş şəxslərin pensiyası qanunla tənzimlənir”

“1991-ci ildə deputat olmuş şəxslərin pensiyası qanunla tənzimlənir”

“Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”.

Mediainfo.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək.

Komitə sədri hesab edir ki, orada dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq: "Bu, texniki xarakter daşıyacaq”.

Əli Hüseynli 1991-ci ilin oktyabrında deputat olmuş şəxslərin mükafatlandırılması və onların pensiyaları haqqında qaldırılan məsələlərə reaksiya verərkən deyib ki, bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənən prosesdir: “Burada hüquqi problem yoxdur. Bizim də qanunvericilik təşəbbüsü ilə çıxış etmək niyyətimiz yoxdur”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az