Türkiyədən Fransaya sarsıdıcı zərbə - Makronu şoka salan ikinci anlaşma

Türkiyədən Fransaya sarsıdıcı zərbə - Makronu şoka salan ikinci anlaşma

Ərəb mətbuatı Pakistanın Fransa istehsalı olan sualtı gəmilərin modernləşdirilməsi üçün Türkiyə ilə razılaşmasının AUKUS-dan sonra Fransaya ikinci zərbə olduğunu yazıb.

Mediainfo.az xəbər verir ki, ərəb mətbuatı Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmirin Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus AGOSTA 90B tipli sualtı gəmilərin modernizasiya edilməsi ilə bağlı verdiyi açıqlamanı gündəmə gətirib.

“Müdafiə sahəsində siyasi təzyiqlər var. Biz bu müqaviməti qırırıq. Məsələn, fransızlar Pakistanın Fransadan aldığı sualtı gəmilərin modernizasiyası tenderinə təzyiq göstərdi, amma layihə bizim oldu”, - nazir qeyd edib.

Ərəb mətbuatı bunun ABŞ, Avstraliya və Böyük Britaniya ilə imzalanmış AUKUS anlaşmasından sonra Fransa və Prezident Emmanuel Makrona ikinci zərbə olduğunu bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az