Gürcüstan və Rusiya arasında yeni danışıqlar raundu başlayır

Gürcüstan və Rusiya arasında yeni danışıqlar raundu başlayır

Bu gün Cenevrədə Rusiya və Gürcüstan arasında Qafqazda təhlükəsizlik və sabitliyə dair danışıqların 54 -cü raundu keçiriləcək.

Mediainfo.az xəbər verir ki, bu danışıqlarda Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edəcək.

Onun artıq Cenevrədə olduğu açıqlanıb.

Qeyd edək ki, Cenevrə müzakirələri AB, BMT və ATƏT -in vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından bəri keçirilir.

Onlar avqust müharibəsindən sonra əldə edilmiş razılaşmalara - 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əsaslanır.

Cenevrədəki görüşlərdə Gürcüstan, Rusiya, ABŞ nümayəndə heyəti, Abxaziya və Cənubi Osetiya tərəfinin nümayəndələri iştirak edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az