Filippində qasırğa: qurbanlarının sayı 19 nəfərə çatdı

Filippində qasırğa: qurbanlarının sayı 19 nəfərə çatdı

Filippinin şimalındakı Luson adasında tüğyan edən “Maring” ("Kompasu") qasırğa qurbanlarının sayı 19 nəfərə çatıb, daha 13 nəfər itkin düşmüş hesab edilir.

Mediainfo.az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “CNN Philippines” telekanalı bildirib.

Daha əvvəl bildirilib ki, Benqet əyalətində yağışlara görə torpaq sürüşmələri olub, geniş ərazilər daşqınlardan ziyan çəkib. Hazırda qasırğa Filipin ərazisini tərk edib, amma sinoptiklər leysan yağışların təhlükəsi haqqında xəbərdarlıq ediblər. Təbii fəlakətlə əlaqədar 10 mindən çox insan təxliyə edilib.

"Maring” tropik siklonu nəticəsində on doqquz insan həlak olub, daha 13 nəfər itkin düşüb", - telekanalın xəbərində deyilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az