Qardaş ölkədən bəd xəbər – Susuzluq olacaq

Qardaş ölkədən bəd xəbər – Susuzluq olacaq

Qlobal istiləşmə qarşıdakı on il ərzində Pakistanın təmiz su ehtiyatlarının tükənməsinə səbəb olacaq.

Mediainfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) daxilində Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin hesabatında bu barədə məlumat verilib.

Hesabata görə, 2050-ci ilə qədər ölkədə su olmayacaq.

Hesabatda Pakistanın Maldiv adaları və digər ölkələr kimi qlobal istiləşmənin nəticələrindən qeyri-mütənasib olaraq əziyyət çəkəcəyi qeyd olunur.

Qütb və dağ buzlaqları qarşıdakı on il ərzində əriməyə davam edəcək. Pakistan qütb buz örtüklərindən başqa dünyanın hər yerindən daha çox buzlağa malikdir. Bu buzlaqlar dünyanın ən qədim və məhsuldar vadilərindən biri olan Hindistan və Pakistan arasında bölünmüş Hind hövzəsini bəsləyir.

Pakistanın 220 milyon əhalisinin 75 faizi İndus çayının sahilində yaşayır. Ölkənin 5 ən böyük şəhər mərkəzi, sənaye və məişət suyu tamamilə bu çaydan asılıdır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az