
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
Gürcüstan Mərkəzi Seçki Komissiyası Poti şəhərində bülletenlərin tam sayıldığını açıqlayıb.
Mediainfo.az xəbər verir ki, yekun nəticələrə görə, Gürcü Arzusunun namizədi Beka Vaçaradze 57,35% səslə qalib elan olunub.
Vahid Milli Hərəkat Partiyasının namizədi, Tiflisin keçmiş meri Georgi Uqulava 42,65% səs toplayıb.
Uqulava seçki nəticələrini tanımadığını, məhkəməyə müraciət edcəklərini açıqlayıb.
“Baxmayaraq ki, məhkəmə hakim partiyanın nəzarətindədir və nəticələri dəyişməyəcək, ancaq biz şikayət edəcəyik”, - Uqulava deyib.
Qeyd edilir ki, Uqulavanın rəqibindən cəmi 2,9 min az səs topladığı bildirilir.