"Həmsədrlərin növbəti bəyanatları boş söz yığnağıdır" - "Onlar üçün fəaliyyət sahəsi qalmayıb"

"Həmsədrlərin növbəti bəyanatları boş söz yığnağıdır" - "Onlar üçün fəaliyyət sahəsi qalmayıb"

ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev və Fransadan Bris Rökföy noyabrın 11-də bəyanat yayıblar.

Mediainfo.az xatırladır ki, həmsədrlər noyabrın 10-da Parisdə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüblər. Onlar daha sonra iki nazirin birgə görüşünü təşkil ediblər. Görüşə Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisi Andrey Kasprşik də qatılıb.

Həmsədrlər və xarici işlər nazirləri Nyu Yorkda başlanmış müzakirələri, gərginliyi azaltmağa yönəlik mümkün addımları, prosesdə növbəti mərhələləri, həmçinin bu formatda gələcək görüşləri və həmsədrlərin regiona təklif olunan səfərini müzakirə ediblər. Tərəflər 9 noyabr üçtərəfli atəşkəs bəyanatının öhdəliklərinin icrasından da danışıblar.

Bəyanatı şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, əvvəla həmsədrlər və xarici işlər nazirləri gərginliyin azaldılması ilə bağlı Nyu-Yorkda başlanan danişıqları, gələcək görüşləri və həmsədrlərin regiona mümkün səfərini müzakirə ediblər. Daha sonra həmsədrlər və nazirlər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrası barədə danışıblar.

"Bundan başqa humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər, mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişi təsdiqləyiblər. Nəhayət, həmsədrlər həmçinin qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırıblar",-politoloq qeyd edib.

E. Şahinoğlu hesab edir ki, həmsədrlərin növbəti bəyanatları da boş söz yığnağıdır: "Onlar anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfələrinin də əhəmiyyəti yoxdur. Həmsədlərin içərəsində bircə rusiyalı diplomat rahatdır ki, ölkəsi Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib. Bu bəyanatın mətnindən də görsənir ki, həmsədlər üçün fəaliyyət sahəsi qalmayıb. Bəyanatda vurğulanan “məhbusların dəyişdirilməsi”, “minaların təmzinlənməsi” və digər məsələlərin həlli ilə ayrı-ayrı dövlətlər və birliklər – Rusiya, Gürcüstan, ABŞ və Avropa İttifaqı məşğul olurlar, onların özlərinə isə həmsədrlik institutu gərəkli deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə gəldikdə isə o vəzifəsini faktiki müharibədən sonra itirib. Çünki onun səlahiyyətləri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə monitorinq xidmətinə keçib"

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az