Ermənilər terrorçu Mirzoyan üçün pul yığır

Ermənilər terrorçu Mirzoyan üçün pul yığır

Ermənistan parlamentinin deputatları, erməni kilsəsinin nümayəndələri, eləcə də Qarabağ separatçılarının rəhbərliyi bir neçə gün əvvəl Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası atan terrorçu Norayr Mirzoyana dəstək məqsədilə “xeyriyyə aksiyası”na başlayıblar.

Mediainfo.az xəbər verir ki, Mirzoyan Rusiya sülhməramlıları tərəfindən saxlanıldıqdan sonra separatçılara geri qaytarılıb və hazırda Xankəndindədir. Bununla belə, proses zamanı Mirzoyanın psixiatriya xəstəxanasına yerləşdirildiyi və burada heç də pis bir vaxt keçirmədiyi iddia edilir.

Eyni zamanda, “Hraparak”ın yazdığına görə, erməni deputatlar və ictimai xadimlər “Mirzoyanın ailəsinin maddi sıxıntı yaşaya biləcəyi” güman edildiyindən, terrorçunun ailəsini axtarmağa başlayıblar.

Qeyd edilir ki, Mirzoyan cütlüyü ehtiyacları üçün artıq 1000 dollar alıb. Erməni kilsəsinin nümayəndələri onun ailəsi üçün daha 3 min toplayıblar, lakin onlar hələ də köçürülməyib, çünki terrorçunun ailəsinin harada yaşadığını dəqiq bilənlər azdır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az