İran PUA-sı ABŞ bazasına zərbə endirib - Pentaqon

İran PUA-sı ABŞ bazasına zərbə endirib - Pentaqon

İran keçən ay ABŞ-ın Suriyadakı hərbi bazasını pilotsuz təyyarə ilə hədəfə alıb.

Mediainfo.az "Əl-Ərəbiyyə"yə istinadla xəbər verir ki, bunu Pentaqon rəsmiləri açıqlayıb.

Bunu ABŞ-ın təhlükəsizlik rəsmiləri də təsdiqləyiblər.

Bu gün verilən açıqlamada İran PUA-nın endirtdiyi zərbənin İsrailin Suriyaya endirdiyi hava hücumuna cavab olduğu qeyd olunub.

Amerika mediası Amerikanın Tanfdakı bazasına hücumu Yaxın Şərqdə yeni təhlükələrin əlaməti kimi qiymətləndirib.

Eyni zamanda, Pentaqon yaydığı bəyanatda ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Vaşinqtonda Yaxın Şərqdəki təhlükəsizlik siyasətləri ilə bağlı çıxışının planlaşdırıldığını açıqlayıb.

Pentaqon ABŞ-ın bölgədəki təhlükəsizlik siyasətinin tərəfdaşlarla bağlılıq və əməkdaşlığa əsaslandığını və on minlərlə ABŞ əsgərinin bütün Yaxın Şərqdə yerləşdirilməyə davam edəcəyini vurğulayıb.

Bəyanatda əlavə edilib ki, bölgədəki tərəfdaşlarımıza sadiqliyimiz Yaxın Şərqdə hərbi qüvvələrin mövcudluğundan kənara çıxır və ABŞ qüvvələri İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriya və İraqda qalacaq.

"Region transsərhəd təhlükələrlə, o cümlədən İranın pilotsuz təyyarələri və beynəlxalq gəmiçilik təhdidləri ilə üz-üzədir, - deyə Pentaqon bildirib. - Tehranı ağır məğlubiyyət gözləyir".

Pentaqon belə qənaətə gəlir ki, “İran qarşıdurmalarda və məsuliyyətdən yayınmaq üçün ucuz texnologiyalardan istifadə edir”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.12.02

2021.12.01

2021.11.30

2021.11.29

2021.11.28

2021.11.27

2021.11.26

2021.11.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az