Azərbaycan ordusunun Ağdama daxil olmasından bir il keçdi

Azərbaycan ordusunun Ağdama daxil olmasından bir il keçdi

Bir il əvvəl, noyabrın 20-nə keçən gecə gecə yarısı Azərbaycan ordusunun hissələri 28 ildən artıq işğal altında olan Ağdam şəhərinə və rayonun işğal edilmiş digər ərazilərinə daxil olub. Ağdamın döyüşsüz təhvil verilməsi 10 noyabr üçtərəfli bəyanatının şərtləri əsasında baş tuturdu.

Bəlli olduğu kimi, uzun illər Ermənistan ordusu Azərbaycanın Qarabağı azad etmək üçün əsas hücum istiqamətinin Ağdam olacağını təxmin edirdi və bu istiqamətdə keçilməz hesab edilən müdafiə sədləri yaratmışdı.

44 günlük müharibə zamanı isə Azərbaycan istiqaməti bu istiqamətdə hücuma keçməyib müəyyən qüvvə cəmləşdirərək aldadıcı manevr etmişdi və erməni qüvvələri müharibənin sonuna qədər orada xeyli qüvvə saxlamalı olmuşdu.

Nəhayət erməni ordusunun qalıqları uzun illərdir keçilməz hesab edilən müdafiə sədləri, yüz mindən çox piyada və tank əleyhinə minalar, beton bunkerlər və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələri ilə əhatələnmiş, “Qafqazın Xirosiması”ına çevirdikləri, bir vaxtlar isə Azərbaycanın ən abad şəhərlərindən biri olan Ağdamı kapitulyasiyanın şərtlərinə uyğun olaraq döyüşü tərk etməli oldular.

Sonradan Ağdamda Azərbaycan bayrağını qaldırarkən prezident İlham Əliyev hərbi planların bəzi məqamlarını açıqlayaraq bildirmişdi ki, Azərbaycan ordusu onsuz da Ağdamı alacaqdı və Şuşanın azad edilməsindən sonra əsas qüvvələri bu istiqamətə cəmləşdirməklə hücum əməliyyatı planlaşdırılmışdı. Lakin düşmən təslim oldu və Ağdamı döyüşsüz geri qaytardı. Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az