
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
Türkiyə Nigerə “Bayraktar TB2” pilotsuz uçan aparatlar (PUA), təlim təyyarəsi “Hürkuş” və digər zirehli texnikaların satışına dair razılığa gəlib.
Mediainfo.az xəbər verir ki, Nigerin qonşusu Malidən gəlib ölkə ərazisində terror aktları törədən “Əl-Qaidə” və İŞİD yaraqlılarına qarşı PUA, təlim təyyarələri və zirehli maşınlardan istifadə edəcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nigerli həmkarı Məhəmməd Bazumla telefon danışığı zamanı bu ölkə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsi müzakirə olunmuşdu.
Fransanın AFP xəbər agentliyinə açıqlama verən Niger rəsmiləri ölkənin Türkiyədən PUA, təlim təyyarələri və zirehli maşınlar almaq planlarını təsdiqləyib.