
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
Bu gün Riksdag (İsveçin birpalatalı parlamenti) İsveç Sosial Demokratik İşçi Partiyasının lideri Maqdalena Anderssonun baş nazir təyin edilməsinə səs verib.
Mediainfo.az "RİA Novosti"yə istinadla xəbər verir ki, o, ölkə tarixində həmin vəzifəyə gələn ilk qadındır.
Anderssonun namizədliyinin təsdiqlənməsi üçün ən azı 175 səsin lehinə və ya bitərəf olması lazım idi. Onun namizədliyinin lehinə 117 deputat, əleyhinə 174 deputat səs verib, 57 deputat bitərəf qalıb, bir deputat iclasda iştirak etməyib.
2014-cü ildə Andersson İsveçin maliyyə naziri vəzifəsini icra edib və hökumətdə bu vəzifəni tutan ilk qadın olub.