“Paşinyan razılıq verib, ordu geri çəkiləcək” – Sensasion iddia

“Paşinyan razılıq verib, ordu geri çəkiləcək” – Sensasion iddia

“Nikol Paşinyan mətbuat konfransı zamanı sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın qurulmasının razılaşdırıldığını və bununla bağlı sənədin imzalanacağını, eləcə də danışıqlarda əsaslı məsələlərin müzakirə olunacağını bildirməsinə baxmayaraq, sənədin əsas məqamları artıq bəzi dairələrdə müzakirə olunub”.

Mediainfo.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr həmin məqamlarla bağlı razılığın olduğunu iddia edib:

“Sızan məlumata görə, delimitasiya və demarkasiya prosesinə başlamaq üçün ilkin şərt ordunun Sünikdən (Zəngəzur) çıxarılması, yəni demilitarizasiyasıdır. Bu, Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəzi açıqlamaların alt mətnində nəzərə çarpırdı.

Məsələn, Paşinyan qeyd edib ki, demarkasiya və delimitasiya ilə bağlı son təkliflər əvvəlkilərdən çox da fərqlənmir: “Qoşunların çıxarılması ideyası bizim tərəfimizdən irəli sürülüb. Amma sual yaranır ki, hansı prinsip əsasında və hansı ərazidən geri çəkilməlidir? Əgər demarkasiya və delimitasiya toqquşma şəraitində baş verərsə, onda bütün bu proses iflasa uğrayacaq”.

Sonra əlavə edib ki, bütün bunlarla bağlı gündəlik iş aparılır. Onun sözlərindən başa düşmək olar ki, toqquşmaların qarşısını almaq üçün ən yaxşı həll hər iki tərəfi hərbisizləşdirməkdir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az