"Minanın qurbanına çevrilməmək üçün..." - FHN rəsmisi

"Minanın qurbanına çevrilməmək üçün..." - FHN rəsmisi

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və digər müharibə qalıqlarından təmizlənməsi prosesinə digər dövlət qrumları ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov teleqraf.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonları istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır:

"Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Qarşılıqlı əməkdaşlıq şəraitində müharibə qalıqları ilə çirklənmiş ərazilər digər dövlət orqanlarının əməkdaşları ilə birgə təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir".

Ehtiram Xəlilov vətəndaşları minalı ərazilərdə ehtiyatlı olmağa çağırıb: "Doğma ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımız üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə əhalinin təhlükəsiz yaşaması üçün heç bir maneə qalmasın. Bunun üçün bu gün bölgəyə yaxın ərazilərdə məskunlaşmış vətəndaşlarımıza göstərdikləri səbr və təmkinə görə bu prosesdə dövlətimizin yanında olduqlarına görə təşəkkürümüzü bildiririk.

Quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə çağırırıq.

Təbii ki, qeyri-qanuni yollarla ərazilərə keçən və ya keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil. Bir daha müraciət edərək xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşaq".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az