Azərbaycan 2 erməni hərbçini niyə geri qaytardı? - Açıqlama

Azərbaycan 2 erməni hərbçini niyə geri qaytardı? - Açıqlama

Azərbaycan humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq noyabrın 26-da 2 erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, qalib dövlət bu tip jestləri etməklə müəyyən dərəcədə əks-auditoriyanın dəlillərini əlindən alır.

Mediainfo.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında o deyib ki, Azərbaycan vaxtaşırı bu cür addımlar atır:

“Ermənistan tez-tez əsir, terrorçunun Azərbaycanda saxlanması, hərbi əsir adıyla geri qaytarılmasını gündəmə gətirir. Biz qalib dövlətik və qalib dövlət kimi bu tip jestləri etməklə müəyyən dərəcədə əks-auditoriyanın dəlillərini də əlindən alırıq. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin tanınmasıdır. Bu addım kommunukasiyaların açılması ilə indekslənməlidir”.

Deputatın sözlərinə görə, erməni əsirlərin azad edilməsi Azərbaycanın mövqeyini möhkəmləndirir:

“Bu həm də Azərbaycanın xoşniyyətli davranışını göstərir. Əsirlərin azad edilməsi müəyyən məsələlər yekunlaşdıqda edilməlidir. Jestlər əksər hallarda müsbət təsirini göstərir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az