Tiflis 8 ölkədən gələnlərə karantin tətbiq edir

Tiflis 8 ölkədən gələnlərə karantin tətbiq edir

Gürcüstan koronavirusun "omikron" ştammının aşkar edildiyi 8 Afrika ölkəsindən gələnlərə 14 günlük karantin tətbiq edəcək.

Mediainfo.az xəbər verir ki, ölkənin COVİD-19-la Mübarizə üzrə Koordinasiya Şurasının qərarına əsasən, Cənubi Afrika Respublikası, Mozambik, Botsvana, Zimbabve, Lesoto, Namibiya, Esvatini və Malaviyə səfər etmiş şəxslər ölkəyə daxil olduqdan sonra 14 gün müddətinə karantinə alınacaq və bu şəxslər PCR testi ilə yoxlanılacaq.

Gürcüstan vətəndaşları üçün karantin yeri kimi müəyyən edilən mehmanxana və PCR testinin xərcləri dövlət tərəfindən ödəniləcək.

Qərar bu gündən qüvvəyə minib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az