Amerikalılara maska taxmağı tövsiyə edən Bayden mağazada qoruyucusuz gəzib

Amerikalılara maska taxmağı tövsiyə edən Bayden mağazada qoruyucusuz gəzib

ABŞ Prezidenti Cozef Bayden mağazalardan birində amerikalıları geyinməyə dəfələrlə təşviq etdiyi tibbi maska olmadan görüntülənib. Mediainfo.az xəbər verir ki, bu barədə Fox News yazıb.

Qeyd edilir ki, Ağ Ev rəhbəri şənbə günü Nantaket adasındakı “Murray's Toggery” mağazasına baş çəkib.

Eyni zamanda, Amerika lideri mağazadakı tibbi maska taxmağı tələb edən elana baxmayaraq, şəxsi qoruyucu vasitəsini çənəsinə endirib, müştərilərə üzlərinə ağız və burunlarını örtəcək şəkildə maska taxmağı tapşırıb.

Baydenin həftəsonunda Şükranlıq Günü keçirdiyi Nantacketin dövlət orqanları noyabrın əvvəlində məcburi maska tələbini bərpa ediblər.

Qeyd edək ki, noyabrın 1-də 78 yaşlı Cozef Baydenin koronavirus testinin mənfi çıxdığı məlum olub. O, sözçüsü Cen Psaki tərəfindən COVID-19 aşkarlanması xəbərlərindən sonra test verib.

Xatırladaq ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birincidir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az