"Altılıq” platforması ilə bağlı müsbət gəlişmələr var- Ərdoğan

"Altılıq” platforması ilə bağlı müsbət gəlişmələr var- Ərdoğan

“Altılıq” platforması ilə bağlı müsbət gəlişmələr var”.

Mediainfo.az xəbər verir ki, bunu Türkmənistandan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı mühüm açıqlamalar verib:

“Bildiyiniz kimi, İstanbulda keçirdiyimiz toplantıda Türk Şurasının adını dəyişərək Türk Dövlətləri Təşkilatına çevirdik. Bütün liderlər bu yeni formalaşmanı alqışladılar, amma təbii ki, kənarda bundan narahat olanlar da var. Rusiyanın bundan narahat olduğunu deyə bilmərəm. Çünki qardaşım İlham Əliyevin Rusiyada görüşü oldu.

Orada cənab Putinin vasitəçiliyi ilə Paşinyanla görüş keçirib. İlham Əliyev dedi ki, bu görüş çox yaxşı və məhsuldar keçib. Bu görüşdə Araz çayı boyunca dəmir yolu və avtomobil yolunun inşası məsələsi də öz həllini tapıb. Bu addımla yanaşı, gələcəkdə İğdıra qədər avtomobil yolunun çəkilməsi məsələsi də var.

Magistral yolun çəkilməsi ilə Naxçıvan problemini həll etmək, digər yandan, Ermənistan ərazisindən keçməklə Azəbaycanın İğdıra yol çəkməsi çox uğurlu addım olacaq. Bu, həm də istər dəmir yolu, istərsə də avtomobil yolu ilə insan və yük daşımaları istiqamətində atılmış mühüm addım olacaq.

Əvvəllər “Altılıq” platformasını gündəmə gətirmişdik. Bu platformanın Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul ediləcəyi təqdirdə Gürcüstanla aktivləşməsi regional sülhü təsdiqləyəcək, bu istiqamətdə də müsbət irəliləyişlərin olduğunu öyrəndik”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

2022.08.08

2022.08.07

2022.08.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az