Koronaya yoluxan xalq artistinin həyat yoldaşı danışdı - "Şok vəziyyətdədir"

Koronaya yoluxan xalq artistinin həyat yoldaşı danışdı - "Şok vəziyyətdədir"

Koronavirusa yoluxan xalq artisti, diktor Eldost Bayramın səhhətindəki son vəziyyət haqqında həyat yoldaşı Minarə Bayram danışıb.

Mediainfo.az xəbər verir ki, Xalq artististinin həyat yoldaşı teleqraf.com-a açıqlamasında xalq artistinin ötən gün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini deyib.

"Həyat yoldaşım Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şok vəziyyətdədir. 15-16 gündür ki, xəstəxanada idi, ötən gün isə səhhəti pisləşdi və reanimasiyaya yerləşdirildi. Hazırda testin cavabı mənfi çıxdı, amma virus digər orqanlarına təsir etdi. Temperaturu 36.7 dərəcədir. Qanda oksigen saturasiyasının miqdarı normaldır. Bilmirəm koronavirusa harada yoluxdu. İlk günlər evdə müalicə aldı, xəstəxanaya getmək istəmirdi. Qızdırması qalxdı, evdə dərmanlar kömək etmədi. Təcili yardım çağırdıq, xəstəxanaya yerləşdirildi. Onun səhhətinə görə çox narahatam, məlumat ala bilmirik".

Qeyd edək ki, Eldost Bayramovun 74 yaşı var.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az