Koronavirusun “omikron” ştammı İsveçdə də tapıldı

Koronavirusun “omikron” ştammı İsveçdə də tapıldı

Koronavirusun yeni, daha yoluxucu ştamı “omikron” artıq İsveçdə də tapılıb.

Mediainfo.az İsveçin İctimai Səhiyyə Agentliyinə istinadən xəbər verir ki, bu yaxınlarda Krallıqdan Afrikanın cənubuna səfər edən şəxsin koronavirusun bu yeni mutasiyasına yoluxması aşkar edilib.

Agentliyin məlumatına görə, virusun yeni ştamı İsveçin cənub bölgəsinin sakinində tapılıb. Mutasiyaya uğramış virus onun bir həftə əvvəl verdiyi test nümunəsində aşkarlanıb.

İsveç İctimai Səhiyyə Agentliyinin təmsilçisinin fikrinə əsasən, bu yeni virus mutasiyasının İsveçdə peyda olması gözlənilən idi, çünki yeni ştam artıq bir sıra Avropa ölkələrində də aşkar edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az