Azərbaycanda polisi güllələdilər

Azərbaycanda polisi güllələdilər

Noyabrın 30-u saat 1 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Beyləqan rayon prokurorluğundan Mediainfo.az-a verilən məlumata görə, həmin kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirib.

Polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib. E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az