Azərbaycan qan ağlayır, TV-lərdə çal-çağırdı...

Azərbaycan qan ağlayır, TV-lərdə çal-çağırdı...

14 hərbiçimizin həyatını itirdiyi helikopter qəzasını şokundan hələ çıxmadığımız bir məqamda ölkədə fəaliyyət göstərən televiziya kanallarının gündəlik proqramlarında dəyişiklik etməməsinin, musiqili, çal-çağırlı, əyləncəli verlişlər yayımlaması ciddi etiraz doğurub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı Əməkdar jurnalist Qulu Məhərrəmli Yenisabah.az-a bildirib ki, bizim televiziyalar son illər baş verən hadisələrlə bağlı hər zaman adekvat münasibət olub.

“Ancaq dünən baş verən, hər evə kədər gətirən hadisə ilə bağlı TV-lərdə bu adekvatlığı görmədim. Bu, məni sadəcə təəssüfləndirir. Belə hallarda, adətən, proqram dəyişikliyi edilir, insanların əhvalına, baş vermiş hadisəyə uyğun proqramlar yayımlanır. Dünən təəssüf ki, TV-lər bunu edə bilmədilər.

Bu həm də onu göstərir ki, telekanlların çevikliyi yoxdur. Halbuki proqram dəyişiklyi aparılmalı, verlişlər sürüşdürülməli, yeniləri ilə əvəz olunmalıdır. Yəni televiziyalar gündəmə həssaslığını itirirsə, bu, ciddi qüsurdur. Ona görə də, televiziya rəhbərləri məsələyə xüsusi diqqət yetirməlidir.

Sadalanın əksi baş verirsə, deməli, televiziya rəhbərləri hadisələri izləmir. İzləsələr belə, nə baş verdiyini lazımi dərəcədə dərk etmirlər”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az