Ən böyük amnistiya aktı icra olunur - 28 məhkum azad olunacaq

Ən böyük amnistiya aktı icra olunur - 28 məhkum azad olunacaq

Vətən müharibəsində qazandığımız tarixi Qələbənin - Zəfər Gününün birinci ildönümü ərəfəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası həyata keçirilir.

Mediainfo.az xəbər verir ki, aministiya aktı bu gün ilk olaraq 1 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib.

Cəzaçəkmə müəssisəsindən 9 məhkum azadlığa buraxılılıb. Məhkumlar aminstiya aktının tətbiq edilməsini alıqışlayıblar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Aynur Sabitova bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsindən 19 məhkum gün ərzində azadlığa buraxılacaq: "Onlardan 9 məhkumun sənədi artıq hazırdır və azadlığa buraxılır. Digər məhkumların isə sənədləri gün ərzində hazırlanacaq və onlarda azadlığa buraxılacaq".

Qeyd edək ki, Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir.

Teleqraf.com

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az