Viagradan koronavirusun müalicəsində istifadə olundu

Viagradan koronavirusun müalicəsində istifadə olundu

İngiltərədə koronavirus xəstəsinin müalicəsində mübahisələrə səbəb olacaq vasitədən istifadə olunub.

Oxuməni.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İngiltərənin "Lincoln County" xəstəxanasında bir xəstənin koronavirusdan müalicəsində Viagradan istifadə olunub.

Virusa yoluxan tibb bacısı özü bu haqda məlumat verib. Onun sözlərinə görə, tibb çiləri ona Viagra verdikdən sonra yaxşılaşmağa, sağalmağa başlayıb.

İki uşaq anası Monica Almeida hər iki peyvəndini etməsinə baxmayaraq, koronavirus testinin nəticəsi pozitiv çıxıb.

2021-ci il noyabrın 9-da xəstəxanaya yerləşdirilən gənc qadın bir neçə gün sonra komaya düşüb. 11 saat komada qaldıqdan sonra isə vəziyyəti anidən yaxşılaşmağa başlayıb.

Bəlli olub ki, həkimlər qan dövranını yaxşılaşdırmaq üçün xəstə komaya düşməzdən bir qədər öncə ona Viagra veriblər.

Nəticədə müalicə müddətində oksigen səviyyəsi 50 faizə düşən xəstənin vəziyyəti getdikcə yaxşılaşıb.

Bu hadisədən sonra tibb mütəxəssisləri Viagranın oksigen səviyyəsini yüksəldib-yüksəltmədiyini araşdırmağa başlayıblar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az