
ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universitetinin məlumatına görə, dünyada aşkar edilmiş koronavirus infeksiyası hallarının sayı 300 milyonu ötüb.
Oxuməni.az xəbər verir ki, bu barədə məlumat universitetin saytında yerləşdirilib. Saytda yerləşdirilən məlumata görə, cümə günü Bakı vaxtı ilə saat 7:00-a olan məlumata əsasən, dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 300 milyon 2 min 21-ə çatıb. Qeyd edilir ki, pandemiya ərzində 5 milyon 471 min 856 nəfər koronavirusdan ölüb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm halı ABŞ-da (58 milyon 449 min 898) qeydə alınıb. Siyahıda ikinci yerdə Hindistan (35 milyon 109 min 286) və Braziliya (22 milyon 328 min 252) qərarlaşıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.