Prezident İlham Əliyev Medvedevə etiraz məktubu göndərdi

Prezident İlham Əliyev Medvedevə etiraz məktubu göndərdi

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

Mediainfo.az-ın Trend-ə istinadən məlumatına görə, onun bu addımı Azərbaycan rəhbərliyinin ciddi etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2022.01.24

2022.01.23

2022.01.22

2022.01.21

2022.01.20

2022.01.19

2022.01.18

2022.01.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az