Küləkli hava nə vaxta kimi davam edəcək?

Küləkli hava nə vaxta kimi davam edəcək?

Küləkli hava şəraiti sabah gündüz saatlarına qədər davam edəcək.

Mediainfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyi əsəcək. Gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

"Yanvarın 9-u səhər saatlarından başlayaraq külək mülayimləşəcək və cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 10-da da gün ərzində cənub-qərb küləyi əsəcək. Eyni zamanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bu gün axşam və yanvarın 9-da gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir", - o əlavə edib.

Qurum rəsmisi bildirib ki, rayonlarda da yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Lakin bu gün axşam və ayın 9-u gecə bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Bölgələrdə də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeronda gündüz 8-12 dərəcə, aran rayonlarında 10-15 dərəcə, dağlıq ərazilərdə isə 2-7 dərəcə isti olacaq", - deyə o qeyd edibş

Çox oxunan xəbərlər
Son xəbərlər

2022.01.24

2022.01.23

2022.01.22

2022.01.21

2022.01.20

2022.01.19

2022.01.18

2022.01.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az