TRT-1-in Azərbaycanda yayımı niyə dayandırılıb? - Rəsmi açıqlama

TRT-1-in Azərbaycanda yayımı niyə dayandırılıb? - Rəsmi açıqlama

Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) 13 avqust 2021-ci il tarixində müvafiq məktub daxil olub.

Bu barədə Mediainfo.az-a “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, sözügedən məktubda TRT-1 televiziya proqramının Azərbaycan Respublikası ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb. Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1 televiziya proqramının yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımı dayandırılıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az