İsmayıllının İcra Hakimiyyəti: "Biz bu məsələdən xəbərsizik"

İsmayıllının İcra Hakimiyyəti: "Biz bu məsələdən xəbərsizik"

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə İsmaylıllı rayonu 1 saylı uşaq bağçası və körpələr evində tərbiyəçinin körpəyə qarşı şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb. Görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.

Mediainfo.az xəbər verir ki, Teleqraf.com məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Sənədlər və vətəndaşlarla iş şöbəsinin müdiri Nazim Səfərov bildirib ki, bu barədə onlarda məlumat yoxdur: "Bağçalar artıq icra hakimiyyətləri yox, təhsil şöbələrinin tabeliyindədir. Biz məsələdən bu səhər agah olmuşuq".

Qeyd edək ki, məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılır. Qurumun yaxın zamanlarda açıqlama verəcəyini gözlənilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az