Rusiya daha iki ölkədə qoşun yerləşdirməyə hazırlaşır

Rusiya daha iki ölkədə  qoşun yerləşdirməyə hazırlaşır

“Kuba və Venesuelada qoşun yerləşdirmək Moskvanın təhlükəsizlik təkliflərini rədd edən ABŞ və NATO-ya qarşı variantlardan biridir”.

Mediainfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov ABŞ-ın Moskvanı təxribata çəkib hərbi müdaxilə edəcəyi təqdirdə Rusiyanın müvafiq tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib və ölkəsindən Kuba və Venesuelaya qoşun göndərilməsinin müzakirə mövzusu olduğunu bildirib.

ABŞ və NATO-nun sərt xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın tərəflərlə gərginliyi Ukrayna ilə sərhəddə 10 mindən çox hərbçinin iştirakı ilə keçirilən son hərbi təlimlə pik həddə çatıb.

ABŞ müdafiə nazirinin köməkçisi Evelin Farkas bildirib ki, Rusiyanın tezliklə Ukraynaya müdaxiləsi mümkündür və ABŞ artıq Rusiya ilə müharibəyə hazır olmalıdır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az