Qarabağa səfərlərin vaxtı və qiyməti açıqlandı - Şərtlər

Qarabağa səfərlərin vaxtı və qiyməti açıqlandı - Şərtlər

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı səfərlərin təşkilində ən çox Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı - Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm marşurutları istifadəyə veriləcək.

Mediainfo.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qiymətlər bir tərəfli təşkil olunub: "Bakı-Şuşa 10.40 AZN, Bakı-Ağdam 9.40 AZN, Əhmədbəyli-Şuşa 7 AZN, Füzuli Beynəlxalq Hava Limanı - Şuşa 5 AZN, Bərdə- Ağdam 6 AZN ödəniş təşkil edir. Hər kəs il ərzində yalnız bir dəfə bu ərazilərə səfər edə bilər. Biletlər əvvəlcədən alınmalıdır. COVID-19 pasportlarının olması isə mütləqdir.

Əhmədbəyli-Şuşa istiqamətində səfərlər həftədə 4 dəfə, digər istiqamətlər isə həftədə 2 dəfə təşkil olunacaq. Səfərlər zamanı hər bir ərazilərdə müşayiətçi polis təyin olunacaq".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az