Nə NATO üzvü olsun, nə də KTMT... – Rusiyadan şok təklif

Nə NATO üzvü olsun, nə də KTMT... – Rusiyadan şok təklif

Ukraynaya neytral status lazımdır. Bu statusda o, nə NATO, nə də KTMT üzvü olacaq.

Mediainfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabarov bildirib.

“Mən ən yaxşı çıxış yolunun Ukraynanın nə NATO, nə də KTMT üzvü olmayacağını, neytral statuslu olacağını söyləyən politoloqlarla razıyam”, - Cabarov deyib.

Onun sözlərinə görə, amerikalıların Ukraynada strateji silahlar yerləşdirməyə risk etməyəcəkləri göz qabağındadır: “Ancaq ora taktiki silahların yerləşdirilməsi tamamilə mümkündür”.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya daxil olmasının yaxın gələcəkdə az inandırıcı olduğunu, həmçinin, ABŞ-ın Ukraynada strateji silahların yerləşdirilməməsi tələbini nəzərdən keçirəcəyini bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az