Omanın “SalamAir”aviaşirkəti Bakıya uçuşlar həyata keçirmək istəyir

Omanın  “SalamAir”aviaşirkəti Bakıya uçuşlar həyata keçirmək istəyir

Omanın aşağı büdcəli aviaşirkəti “SalamAir” bu il Bakı şəhərinə uçuşlar həyata keçirməyi planlaşdırır.

Mediainfo.az xəbər verir ki, bunu aviaşirkətin baş direktoru Məhəmməd Əhməd deyib.

O bildirib ki, “SalamAir” fevral ayında yeni “Airbus A321” təyyarəsini alacaq, bununla da parkını 8 təyyarəyə çatdıracaq: “Yeni təyyarə, gələn yay şirkətin genişlənmə planına nail olmağa kömək edəcək, xüsusən də şirkətin Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və Türkiyədə yeni istiqamətdə uçuşlar həyata keçirməyə planlaşdırır. Bu yeni istiqamətlər arasında Bakı (Azərbaycan), Sarayevo (Bosniya və Herseqovina), Qırğızıstanın Oş və Bişkek şəhərləri, Türkiyənin Trabzon şəhəri də var”.

O qeyd edib ki, “SalamAir” ötən il 71 faizlik doluluqla 9,2 min ucuş həyata keçirib və ümumilikdə 1 milyondan çox sərnişin daşıyıb

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az