“Avropa Birliyindən Türkiyəyə elə bir təklif gəlib ki...” - Şok iddia+Video

“Avropa Birliyindən Türkiyəyə elə bir təklif gəlib ki...” - Şok iddia+Video

Türkiyənin öz imkanları hesabına istehsal etdiyi pilotsuz uçan aparatlar (PUA) müharibələrin gedişində həlledici rol oynayır. Türk dronları PKK/YPG terror təşkilatına qarşı keçirilmiş əməliyyatlarda, eləcə də Suriya, Azərbaycan (Qarabağ) və Liviyada öz effektivliyini sübut edib. Nəhayət, dünya “Bayraktar”ların Rusiya-Ukrayna müharibəsindəki üstünlüyünü müzakirə etməyə başlayıb.

Mediainfo.az xəbər verir ki, Almaniyanın Türkiyədən PUA alacağı iddia edilib, Serbiya isə ixracat üçün Ankara ilə razılaşdığını açıqlayıb.

Rusiyanın Ukraynaya qarşı aqressiv münasibətindən narahat olan və müdafiəsini gücləndirmək istəyən Avropa Birliyi ölkələri Türkiyə PUA-ları üçün sıraya düzülüb. Əvvəllər Türkiyənin müdafiə sənayesini sərt tənqidlərlə hədəfə alan, hətta terror təşkilatına qarşı əməliyyatlarda satdıqları silahların istifadəsinə icazə verməyən ölkələr indi “Bayraktar” sifariş verməyə başlayıblar.

Avropa Birliyinin Ankaraya silah sənayesində ortaqlıq təklif etməyə hazırlaşdığı, PUA istehsalında Türkiyənin üstün texnologiyasından yararlanmaq istədiyi iddia edilib.

“CNN International”ın saytında “Türkiyənin pilotsuz təyyarələri Ukraynada müqavimət simvoluna çevrildi” başlıqlı məqalə dərc edilib. Məqalədə Ukraynada “Bayraktar” mahnılar yazıldığını, insanların ev heyvanları və uşaqlarına “Bayraktar” adını verdiyi bildirilib.

Məqalədə qeyd edilib:

“Keçən ay Kiyev meri şəhər zooparkında lemuraya “Bayraktar” adını verəcəklərini açıqlamışdı. Ukrayna Xarici İşlər Nazirliyi bir tvitində Kiyev polisinin it təlimi mərkəzində bir balaya “Bayraktar2" adının verildiyini bildirib. İngiltərə müdafiə naziri Ben Uolles də “Bayraktar TB-2”lərin Rusiya qüvvələrinin irəliləyişini yavaşlatmaq və dayandırmaqda mühüm rol oynadığını bildirib”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.09.26

2022.09.25

2022.09.24

2022.09.23

2022.09.22

2022.09.21

2022.09.20

2022.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az