
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
İki aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində bir ilk yaşanıb. Döyüşlər zamanı rus qadın hərbçi həlak olub.
Mediainfo.az xəbər verir ki, 27 yaşlı Valentina Qalatova Mariupolda gedən döyüşlər zamanı öldürülüb.
Məlumatda qeyd olunur ki, Valentina 1994-cü ildə Sibirdə anadan olub və fevral ayında müharibəyə yollanıb. O, orduda həkim kimi fəaliyyət göstərib.
Qalatovanın ərinin də ötən il Donetskdəki münaqişədə həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, Rusiya ordusunda 41 minə yaxın qadın hərbçi xidmət etsə də, onlar nadir hallarda ön cəbhəyə göndərilirlər.