
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
Ermənistan parlamenti sədrinin anası İrəvanda etiraz edən Rusiyameyilli müxalifətçilərə tüpürüb və onlara orta barmağını göstərib.
Mediainfo.az xəbər verir ki, bu haqda "News.am" məlumat məlumat yayıb.
Erməni spiker Alen Simonyan ABŞ-ın "Azadlıq" radiostansiyasının erməni redaksiyasına(“Azatutyun”) açıqlamasında təsdiqləyib ki, dünən internetdə yayılan videodakı anası olub. Amma parlament rəhbəri “Onun əsəbləri buna dözməyib” deyərək valideyninin davranışına haqq qazandırmağa çalışıb.
Xatırladaq ki, dünən axşam saatlarından sosial şəbəkələrin erməni seqmentində Alen Simonyanın anasının eyvandan müxalifətin yürüş iştirakçılarına bir neçə dəfə tüpürdüyü və orta barmağını göstərdiyi iddia edilən video yayılıb.
Moderator.az