
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
"Brüssel görüşündən sonra və ondan əvvəlki proseslər nəticəsində belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib".
Mediainfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu istiqamətdə səylər davam etdirilir. Sülh danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında aparılmalıdır.
"Hər hansı əlavə şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, çünki bu, prosesi pozmaq mənasına gəlir. Ermənistan tərəfindən hələlik 5 maddəlik təklifdən imtina mövqesi sərgilənməyib", - deyə X.Xələfov əlavə edib.