“Çekistə dil danışıq üçün gərək deyil...”- Putinin paraddakı çıxışıyla arxayınlaşmaq olmaz...

“Çekistə dil danışıq üçün gərək deyil...”- Putinin paraddakı çıxışıyla arxayınlaşmaq olmaz...

"Ola bilsin ki, o, beynəlxalq ictimaiyyətin ayıqlığını kütləşdirmək istəyir... Çox güman ki, o, geri çəkilmək üçün yol hazırlayır, lakin bu o demək deyil ki, o məhz bu yolla gedəcək...”

Rusiya diktatoru Vladimir Putinin Moskvadakı son paraddakı çıxışı, çox güman ki, çekistin hiyləsi olub və ona inanmaq lazım deyil.

Mediainfo.az xəbər verir ki, bu fikirləri Almaniya jurnalisti, “Putinokratiya” kitabının müəllifi Boris Raytşüster "Radio NV"-nin efirindəki açıqlamasında ifadə edib.

“Putin özü nə vaxtsa demişdi ki, çekistin dili düşüncələrini ifadə etmək üçün yox, düşündüklərini gizlətmək üçündür. Orada, təbii ki, yenə başdan-başa yalan vardı... O, əvvəllər deyirdi ki, Ukraynanı nasistlərdən azad etmək istəyir, sonra Ukraynanın Rusiyaya hücum edəcəyini söyləyirdi. Amma indi tamamilə fərqli məqsədlərin olduğu ortaya çıxdı" - Raytşuster belə deyib.

Jurnalistin sözlərinə görə, Putin həmişə olduğu kimi yalan danışıb və o, artıq nəyinsə səhv getdiyini anlayıb.

“Mən qorxurdum ki, onun paraddakı nitqində daha çox döyüşkənlik olacaq. Düşünürdüm ki, tam səfərbərlik olacağını və “gəlin son qələbəyədək gedək”- deyəcək. Amma bəlkə də anladı ki, birtəhər vəziyyətdən çıxmaq lazımdı. Ancaq bunun 100% belə olduğuna əmin deyiləm. O, bütün Ukraynanı “azad edəcəyini” söyləmədi və birdən-birə yalnız Şərqi Ukraynadan söhbət getdiyi bilindi. Yəni bu, bütün hallarda verbal olaraq geriyə addımdır. Lakin nəzərə almalıyıq ki, Putin çekistdir və bu, yenə də növbəti yalan ola bilər. Ola bilsin ki, o, beynəlxalq ictimaiyyətin ayıqlığını kütləşdirmək istəyir. Bu, həmişə nəzərə alınmalıdır. Çox güman ki, o, geri çəkilmək üçün yol hazırlayır, lakin bu o demək deyil ki, o məhz bu yolla gedəcək”, - deyə alman jurnalist yekunlaşdırıb.

Xatırladaq ki, mayın 9-da Moskvada keçirilən paradda çıxış edən Rusiya diktatoru Vladimir Putin Ukraynanın işğalı ilə bağlı təbliğat klişelərini təkrarladığı qısa nitqlə məhdudlaşıb. Həmçinin o, Rusiya Federasiyasında səfərbərlik elan etməyib və “müharibə”, “Ukrayna” və hətta “xüsusi əməliyyat” sözlərini də işlətməyib...moderator.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az