Rusiyanı bu cür məhv etmək istəyirlər-Çörçill planı

Rusiyanı bu cür məhv etmək istəyirlər-Çörçill planı

Qərb ölkələrinin məqsədi rusları və serbləri yer üzündən silməkdir.

Mediainfo.az xəbər verir ki, bu sözləri türkəsilli serb rejissoru Emir Kusturiça “İzvestiya” qəzetinə danışarkən bildirib.

“Mən davamlı müharibələrin olduğu bir dünyada böyümüşəm - Vyetnam, İraq, Suriya, Əfqanıstan, Liviya... Bütün bunların məqsədi rusları və serbləri yer üzündən silməkdir. Bu onların əsas məqsədidir”, - rejissor bildirib.

Amerikalıların öz planlarını reallaşdırmaq üçün məhdud nüvə müharibəsi aparmağa hazır olduğunu deyən məşhur rejissor sözlərinə sübut kimi Qərb liderlərinin Rusiyanı Sovet İttifaqı dövründə məhv etmək niyyətini göstərib:

“1947-ci ildə Çörçill və Trumenin bir planı müxtəlif şifrələr altında gizlədilib. Bu plana əsasən Sovet İttifaqını dağıtmaq niyyətində idilər. NATO-nun iştirakı ilə nüvə zərbələri endirib, son nəticədə Rusiyanı məhv etmək istəyirdilər. Məsələ mədəniyyətin yox, bütöv bir xalqın ləğvindədir. Rusiya buna hazır olmalı və gələcəkdə özünü qorumaq üçün addımlar atmalıdır” .

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az